- Rusiya və İran
- 14 İyun 2019 17:09
- 3 910
Özünü oğurladıb arvadından pul tələb etdi - VİDEO
Polis əməkdaşları oğru ilə onun “qurbanını” tutublar
Rusiyada Emin Rüstəmov adlı şəxs həyat yoldaşından pul tələb etmək üçün özünü oğurladıb.
E.Rüstəmovun həyat yoldaşı, şirkətlərdən birinin məhkəmə departamentinin əməkdaşı olan Anastasiya Rüstəmova mayın 17-də məsələ ilə bağlı polisə müraciət edib.
O bildirib ki, ərinə görə ondan külli miqdarda pul tələb edilir. Qadının sözlərinə görə, əgər o, 520 min rubl (13 700 AZN - red.) pulu tapmasa, ərinin cinsi orqanını kəsəcəklər. Cinayətkar Qafqaz ləhcəsində danışırmış.
Yanacaqdoldurma məntəqəsində pulun cinayətkarlara verilməsi prosesində polislər də iştirak edib və müəyyənləşib ki, E.Rüstəmovun külli miqdarda borcu olub və bu addımı atıb. O da məlum olub ki, A.Rüstəmova mərc oyunlarında iştirak etmək üçün ərinə pul verməkdən imtina edib.
Bildirilib ki, E.Rüstəmovun Moskvadakı, demək olar, bütün bukmeyker kontorlarına borcu olub.
Polis əməkdaşları oğru ilə onun “qurbanını” tutublar.(oxu.az)
AzNews.az