- Rusiya və İran
- 20 İyul 2019 13:40
- 3 517
Rusiyadan ABŞ-a sərt mesaj
ABŞ-ın öz silahlarını müttəfiqlərinə satması NATO-nun varolma səbəbidir
Türkiyənin Rusiyadan S-400 raket kompleksi almasından sonra dünya mediasında ard-arda fərqli fikirlər yer alır.
Bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Əsas müzakirə mövzularından biri ABŞ-ın Türkiyəyə qarşı ciddi sanksiyalar tətbiq etməsi məsələsi idi.
Rusiya Dövlət Duması Xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov da öz növbəsində gündəmdən düşməyən S-400-dən sonra ABŞ -Türkiyə arasında yaşanan gərginliyə münasibət bildirib.
O, ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmək istəməsi məsələsini daha sərt şərh edib.
Puşkov öz tviter hesabındakı açıqlamasında bunları deyib:
“Ankara sözə qulaq asıb özünə lazım olmayan "Patriot"ları almalıydı ki, indi ABŞ Türkiyəni sanksiyalarla təhdid etməsin”.
“ABŞ-ın öz silahlarını müttəfiqlərinə satması NATO-nun varolma səbəbidir. İndi ittifaqdakılar istədikləri qədər üzvlərinin bərabər hüquqlara sahib olmasından danışsınlar”. (Musavat.com)