O, ölümündən əvvəl cinayətkarlardan birini yaralaya bilib O, ölümündən əvvəl cinayətkarlardan birini yaralaya bilib

Rusiyada keçmiş merin güllələndiyi anın VİDEOsu

O, ölümündən əvvəl cinayətkarlardan birini yaralaya bilib

Rusiyanın Kemerovo vilayətinin Kisilyovsk şəhərinin eks-meri Sergey Lavrentyevin güllələndiyi anın görüntüləri yayılıb.

“REN TV”yə istinadən verilən xəbərə görə, hadisə 1 noyabr gecə saatlarında baş verib.

Təhlükəsizlik kameralarına düşən görüntülərdə bir neçə silahlı şəxsin sabiq merin Verx-Çumış qəsəbəsində yerləşən şəxsi evinin ərazisinə girdikləri görünür.

Onları məmurun həyat yoldaşı görüb və bu barədə ərinə bildirib. Lavrentev isə ov tüfəngini götürərək həyətə çıxıb və nəticədə atışma olub.

Eks-mer ölümcül yaralanıb, lakin ölümündən əvvəl cinayətkarlardan birini yaralaya bilib. O, hadisə yerindəcə ölüb.

Qeyd edək ki, Sergey Lavrentyev 16 il Kisilyovskun meri olub. O, postu öz istəyi ilə 2018-ci ildə tərk edib. (Qafqazinfo)



AzNews.az