İran “bölgədəki maraqlarına qarşı istənilən hücuma cavab verəcəklərini” açıqlayıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani bildirib ki, regiondakı maraqlarına qarşı istənilən hücuma cavab verəcəklər.

Aznews.az xəbər verir ki, bu barədə Nasser Kenani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında gündəmi dəyərləndirib.

Kənani İsrailin Fələstində mülki şəxslərə, xüsusilə də qadınlara və uşaqlara qarşı hücumlarını davam etdirdiyini xatırladaraq, "Sionist rejimin Qəzza və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı hərbi cinayətlərini davam etdirməsini şiddətlə qınayıram",-deyə bildirib.

İsrailin bu səhər Kemal Advan Xəstəxanası şəhərciyinə hücum təşkil etdiyini bildirən Kenani hücum nəticəsində onlarla insanın həyatını itirdiyini və yaralandığını, bu hərəkətlərin soyqırımdan başqa bir şey olmadığını qeyd edib.

Mövsüm