Zaxarova ABŞ-də diplomatiyanın səviyyəsini qiymətləndirib

Ölkədə diplomatik xidmətə işə qəbul “siyasi çəkişmələr nəticəsində” həyata keçirildiyindən və məsələlərin güc yolu ilə həllinə önəm verildiyi üçün ABŞ- də diplomat peşəsi itirilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “İzvestiya”ya müsahibəsində bildirib.

“Amerikada diplomatik xidmətə işə qəbul peşəkar mühitdə müsabiqə yolu ilə deyil, belə desək, siyasi çəkişmələr nəticəsində, o cümlədən seçki kampaniyasına sırf maliyyə töhfəsi hesabına həyata keçirilir”,-deyə diplomat qeyd edib.

Mövsüm

Aznews.az