Moskva hücumunda yaralananların sayı 360-a çatıb

"Crocus City Hall"-a hücum zamanı yaralananların sayı 360-a çatıb.

Aznews.az xəbər verir ki, bu barədə Fəlakət Təbabəti Mərkəzindən bildirilib.

"Çərşənbə günü səhər saatlarına olan məlumata görə, terror aktı nəticəsində 360 nəfər, o cümlədən 11 uşaq yaralanıb", - deyə fövqəladə hallar üzrə səhiyyə rəsmisi bildirib.

Hücum nəticəsində yaralanan 92 nəfər xəstəxanaya yerləşdirilib, 63 nəfər artıq evə buraxılıb, 205 nəfər isə ambulator müalicə alır.

Mövsüm