Tehranın hava limanları fəaliyyətlərini bərpa ediblər

İranın paytaxtı Tehranın İmam Xomeyni və Mehrabad hava limanları beynəlxalq və daxili reyslər üçün xidmətini bərpa edib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, iki hava limanının fəaliyyəti normallaşdığı üçün ertələnmiş reyslərin sərnişinləri biletləri başqa tarixlərə dəyişdirə biləcəklər.

Xatırladaq ki, İranın İsrailə raket və dron hücumu fonunda ölkədəki bir sıra hava limanları müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı.