Zaxarova Polşanın ABŞ-nin nüvə silahlarını yerləşdirməyə hazır olmasını təxribat adlandırıb

Polşa rəhbərliyinin Amerika nüvə silahlarını yerləşdirməyə hazır olduqları barədə bəyanatları təxribat xarakterlidir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Polşa rəhbərliyinin bu cür təxribat xarakterli bəyanatları yeni deyil", - Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Polşa üçün artıq NATO-nun üzvü olması kifayət deyil, hansı ki, özbaşına özünü “nüvə alyansı” kimi təqdim edir.

Mövsüm

Aznews.az