İranda hava limanında dəhşətli qəza baş verib

İranın Çabahar Konarak Beynəlxalq Hava Limanında mexanik Vareş Hava Yollarına məxsus Boeing 737-500 tipli təyyarənin mühərrikinə soxulub və ölüb. Təyyarə Tehrandan havaya qalxaraq Çabaharda təhlükəsiz yerə endikdən sonra mexanik Əbülfəzl Əmiri rutin texniki xidmət işlərinə başlayıb. Lakin mühərrik sınaq üçün işə salındıqda Əmiri mühərrikə ilişib və mühərrik alovlanıb.

Yanğınsöndürmə briqadası yanğını tez bir zamanda söndürsə də, sadəcə Əmirinin qalıqlarını xilas edə bilib.

Mövsüm

Aznews.az