- Rusiya və İran
- 11 İyun 14:48
- 2 117
Rusiya Ukrayna əsgərlərinin cəsədlərini verməyə hazır olduğunu bildirib

Rusiya İstanbulda əldə edilmiş bütün razılaşmaları yerinə yetirməyə və Ukrayna ordusunun 6 min şəhid olmuş əsgər və zabitinin cəsədini Ukraynaya təhvil verməyə tam hazırdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Rusiya İstanbulda əldə edilmiş bütün razılaşmaları həyata keçirməyə tam hazırdır və biz Ukrayna tərəfdən də eyni yanaşmanı gözləyirik”, - deyə o, brifinqdə bildirib.
Mövsüm
Aznews.az