- Rusiya və İran
- 11 İyun 21:33
- 1 380
İran: “Münaqişə olarsa, ABŞ bazalarını vuracağıq”

İranın müdafiə naziri Əziz Nəsirzadə bildirib ki, ABŞ ilə nüvə danışıqları uğursuzluqla nəticələnsə və münaqişə başlasa, İran ABŞ-nin regiondakı bazalarına hücum edəcək.
İranlı nazir bu bəyanatı İran və ABŞ arasında nüvə müzakirələrinin altıncı raunduna günlər qalmış verib.
"Digər tərəfdən, bəzi rəsmilər danışıqların nəticəsiz qalacağı təqdirdə münaqişə olacağı ilə hədələyir. Əgər bizimlə münaqişə yaranarsa, ABŞ-nin bütün bazaları bizim üçün əlçatandır və biz açıq şəkildə bu bazaların yerləşdiyi ölkələri hədəfə alacağıq", - deyə Nəsirzadə "Reuters"in verdiyi məlumata görə, mətbuat konfransında bildirib.
Mövsüm
Aznews.az