- Rusiya və İran
- 12 İyun 20:55
- 1 231
İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağı nəzərdən keçirəcək

İslam Respublikasının Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə Parlament Komissiyasının rəsmi nümayəndəsi İbrahim Rezai bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) anti-İran siyasətinə sadiq qalmağa davam edərsə, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmaq imkanını nəzərdən keçirməyə hazırdır.
“MAQATE idarəçilər şurasının hərəkətlərini nəzərə alaraq, İran İslam Respublikası agentliklə əməkdaşlığına yenidən baxmalı və NPT-dən çıxmağı nəzərdən keçirməlidir”,- deyə qeyd edib.
Rezai bu şəkildə MAQATE tərəfindən İran əleyhinə qətnamənin qəbul edilməsinə münasibət bildirib. O qeyd edib ki, bu qərar sırf siyasi məqsədlər üçün verilib və heç bir hüquqi və texniki əsası yoxdur.
Mövsüm
Aznews.az