- Rusiya və İran
- 13 İyun 14:19
- 957
Qızıl Aypara İsrailin İrana endirdiyi zərbələr nəticəsində 95 nəfərin öldüyünü bildirir

İsrailin İrana endirdiyi zərbələr nəticəsində 95 nəfər yaralanıb.
İranın Qızıl Aypara Cəmiyyətinin sözçüsü Moctaba Xaledi bu barədə bildirib.
“Bu səhər baş verən hadisələr zamanı 95 soydaşımız xəsarət alıb, onlar tibb məntəqələrinə yerləşdirilib, daha 26 zərərçəkənə isə yerindəcə yardım göstərilib”, - deyə Tasnim dövlət agentliyi onun sözlərini sitat gətirib .
Xaledinin sözlərinə görə, əməliyyat zamanı xilasedicilərdən biri həlak olub. Qəsr-e Şirin bölgəsində daha bir təcili yardım işçisi də yaralanıb və hazırda ona tibbi yardım göstərilir.
Mövsüm
Aznews.az