İranın yeni SEPAH rəisi İsraildən qisas alacağına söz verib

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) yeni komandiri Məhəmməd Pakpur İranın ali dini lideri Əli Xameneiyə müraciətində zərbələrdən sonra İsraildən qisas alacağına söz verib.

Onun müraciəti Mehr agentliyi tərəfindən dərc olunub.

"Uca Allaha təvəkkül etməklə cəhənnəmin qapıları tezliklə bu uşaq öldürən rejim üçün açılacaq",-deyə Pakpur bildirib.

Bundan əlavə, o qeyd edib ki, İsrail onun üçün dağıdıcı nəticələrlə "acı və ağrılı tale" ilə üzləşəcək. Onun sözlərinə görə, İsrail İslam Respublikasının milli təhlükəsizliyinə və ərazi bütövlüyünə qəsd edib və bu, cavabsız qalmayacaq.

Mövsüm

Aznews.az