Pezeşkian: Nüvə silahı tərəfdarlarının İran siyasətində yeri yoxdur

İran siyasətində nüvə silahı tərəfdarlarına yer yoxdur.

İslam Respublikasının prezidenti Məsud Pezeşkian parlamentin iclası zamanı deyib.

O vurğulayıb ki, respublikanın siyasəti ondan ibarətdir ki, ölkə nüvə silahı əldə etməyəcək və onu yaratmağa çalışmayacaq. Onun sözlərinə görə, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei dəfələrlə bəyan edib.

"Bu ölkədə hər kəs mövqe tutsa və rəhbərliyin elan etdiyinə qarşı çıxsa, onun İslam Respublikasının siyasətində yeri yoxdur", - Pezeşkian bildirib.

Mövsüm

Aznews.az