- Rusiya və İran
- 16 İyun 20:19
- 1 354
İran prezidenti ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqlayıb

İran ABŞ ilə danışıqları yalnız İsrailin hücumlarını dayandıracağı təqdirdə davam etdirəcək.
Bunu İran prezidenti Məsud Pezeşkian Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib.
“Bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon zənginə cavab olaraq Məsud Pezeşkian İranın ABŞ ilə nüvə danışıqlarına qayıtmasını “yalnız sionist rejimin regiona təcavüzünün qarşısı alınarsa, mümkün” adlandırıb”, – Pezeşkian rəsmi saytında dərc olunan bəyanatında bildirib .
Prezidentin sözlərinə görə, ABŞ nüvə danışıqları zamanı İrana söz verib ki, İsrail onların icazəsi olmadan heç bir addım atmayacaq. O qeyd edib ki, danışıqların yeni raundu başlamazdan əvvəl İsrail buna baxmayaraq İslam Respublikasına zərbələr endirib və ABŞ buna icazə verib, ona görə də danışıqların bərpası üçün İrana hücumların dayandırılmasına nail olmalıdır.
Mövsüm
Aznews.az