İran İsrailin xeyrinə casusluqda ittiham olunan üç nəfəri edam edib

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya həbsxanasında İsrailin Mossad kəşfiyyat agentliyinə casusluqda ittiham olunan üç nəfər bu səhər edam edilib .

"Radiofarda" bu barədə məlumat yayıb.

Nəşr yazır: “İslam Respublikasının məhkəmə sistemi Urmiya həbsxanasında İsrailə casusluq ittihamı ilə üç nəfərin edam edildiyini açıqlayıb .

Bununla da son iki həftədə İranda edam edilən İsrail casuslarının sayı 6-ya çatıb.

Mövsüm

Aznews.az