- Rusiya və İran
- 15:00
- 1 204
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib

Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrdə iştirakda şübhəli bilinərək saxlanılan üçüncü şəxs Ayaz Səfərov məhkəmənin qərarı ilə həbs edilib.
Aznews.az xəbər verir ki, ona da Məzahir və Akif Səfərovlar kimi məhkəmə tərəfindən 22 günlük həbs qətimkan tədbiri seçilib.
Yerli mətbuat tərəfindən məhkəmə zalından paylaşılmış videoyazıdan göründüyü kimi, Ayaz Səfərovun üzündə hematomalar var.
A.Səfərov həmçinin qeyd edib ki, özünü təqsirli hesab etmir.
Ayaz Səfərov bu gün məhkəməsi keçirilmiş sayça üçünçü azərbaycanlıdır.
AzNews.az