- Rusiya və İran
- 20:52
- 1 202
Kreml: Putin və Tramp iki həftəyə görüşəcək

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Tramp dünən səkkizinci telefon danışığını keçiriblər.
Təxminən 2,5 saat davam edən görüşdə Yaxın Şərqdəki vəziyyət və Ukrayna böhranı ilə bağlı məsələlər müzakirə edilib.
İki lider Macarıstanın paytaxtı Budapeştdə görüşmək və bunun üçün lazımi hazırlıqları görməyə də razılaşıblar.
Kremlin sözçüsü Dmitri Peskov dünən Putin və Tramp arasında baş tutan telefon danışığı ilə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlama verib.
Görüşün Rusiya tərəfinin təşəbbüsü ilə baş tutduğunu qeyd edən Peskov qeyd edib ki, “Putin Trampı Yaxın Şərqdəki uğuruna görə təbrik etmək istəyib ” .
Trampın Putinlə görüşündən sonra Rusiyaya yönəlik ritorikasını dəyişməsi ilə bağlı Peskov, "İki lider daha əvvəl birbaşa dialoqun ən yüksək səviyyədə davam etdiriləcəyini istisna etməyiblər; onlar buna maraq və hazır olduqlarını bəyan ediblər. Təbii ki, görüşün məzmunu mətbuata qapalı qalmalıdır. İki prezidentin görüşünün məqsədi də budur " .
İki lider arasında keçirilən görüşdə Ukraynaya “Tomahawk” qanadlı raketlərinin verilməsi imkanının da müzakirə edildiyini qeyd edən Peskov, “Rusiya tərəfinin bu məsələdəki mövqeyi Putin tərəfindən açıq şəkildə çatdırılıb”,-deyə vurğulayıb.
Mövsüm,
AzNews.az