Peskov: Biz ABŞ ilə silahlanma yarışında deyilik

Kreml Sarayının sözçüsü Dmitri Peskov mətbuat konfransında Rusiya və ABŞ arasında aparılan danışıqlara toxunub.

İki ölkə arasında hələ də nüvə tərksilahı ilə bağlı ekspert danışıqları aparmadığını qeyd edən Peskov , "Ancaq bu məsələ gündəmdədir",-deyə qeyd edib.

Rusiya sözçüsü təmaslar zamanı belə ekspert müzakirələrinə ehtiyacın dəfələrlə gündəmə gətirildiyini qeyd edərək, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Alyaska görüşündən sonra nüvə tərksilahını müzakirə edib-etməməsi ilə bağlı suala belə cavab verib: "Bu, çox mürəkkəb məsələdir və bu məsələ ilə bağlı danışıqlar uzadılıb. Lakin hələlik ətraflı ekspert müzakirələri aparılmayıb " .

Hər bir ölkənin müdafiə sistemini təkmilləşdirdiyini qeyd edən Peskov, "Tramp bir şəkildə Burevestnik sınağından bəhs edirsə, bu, qətiyyən nüvə sınağı deyil. Bütün ölkələr müdafiə sistemlərini təkmilləşdirir, lakin bu, nüvə sınağı deyil ",-deyə o, vurğulayıb.

Mövsüm,

AzNews.az