Lavrov: Rusiya ABŞ-ı Kubanın dəniz blokadası planlarından çəkinməyə çağırır

Rusiya ABŞ-ı Kubaya qarşı dəniz blokadası tətbiq etmək planlarından çəkinməyə çağırır , çünki bu cür addımlar regionda vəziyyəti ciddi şəkildə pozmaq riskini yaradır.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz ABŞ-ı sağlam düşüncə və məsuliyyətli yanaşma tətbiq etməyə, həmçinin Azadlıq adasının dəniz blokadası planlarından çəkinməyə çağırırıq", - deyə o qeyd edib.

Rusiya xarici işlər naziri əlavə edib ki, Rusiya Kubanın suverenliyini və təhlükəsizliyini qorumaqda ona davamlı olaraq dəstək verməyə davam edəcək.

Mövsüm,

AzNews.az