İran Çindən səsdən sürətli gəmi əleyhinə raketlər ala bilər

İran hakimiyyəti Çinlə gəmiəleyhinə qanadlı raketlərin alınmasına dair razılaşma əldə edə bilər.

Bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqların gedişindən xəbərdar olan altı mənbə İranın Çinlə belə bir sazişi yekunlaşdırmağa yaxın olduğunu bildirib. Bu proses ABŞ-nin mümkün zərbələr ərəfəsində İran sahilləri yaxınlığında genişmiqyaslı hərbi-dəniz qüvvələri yerləşdirməsi fonunda baş verir.

Mənbələrin sözlərinə görə, Çin istehsalı olan raketlərin tədarükü ilə bağlı saziş demək olar ki, tamamlanmaq üzrədir, lakin çatdırılma tarixi hələ razılaşdırılmayıb. Agentliyin məlumatına əsasən, bu səsdən sürətli raketlərin uçuş məsafəsi təxminən 290 kilometrdir və onlar aşağı hündürlükdə və yüksək sürətlə uçaraq gəmi müdafiə sistemlərini aşmaq üçün nəzərdə tutulub.

Mövsüm,

AzNews.az