- Rusiya və İran
- 10:38
- 2 037
Əraqçi ABŞ-ı hədələdi: İran gəmisini vurduqlarına görə peşman olacaqlar
ABŞ beynəlxalq sularda İran gəmisini hədəf aldığına görə peşman olacaq.
Aznews.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi “X” hesabında bildirib.
O, ABŞ-ı İranın sahillərindən 2000 mil aralıda - dənizdə cinayət törətməkdə ittiham edib.
“Hindistan donanmasının qonağı olan və təxminən 130 dənizçini daşıyan “Dena” gəmisi xəbərdarlıq olmadan beynəlxalq sularda vurulub. Sözlərimizi yadda saxlayın: ABŞ yaratdığı presedentə görə çox peşman olacaq”, - Əraqçi vurğulayıb.
Qeyd edək ki, Şri-Lanka sahillərində ABŞ sualtı qayığı İrana məxsus gəmini batırıb, ən azı 80 nəfər ölüb.