ABŞ Hürmüz boğazını minalardan təmizləyir, İslamabadda yazılı mətn hazırlanır

İran mediası İran və ABŞ arasında danışıqların bir mərhələsinin başa çatdığını açıqlayıb.

AzNews.az xəbər verir ki, danışıqların bir mərhələsinin başa çatmasından sonra tərəflərin ekspert qrupları müzakirə olunan məsələlərlə bağlı yazılı mətn üzərində fikir mübadiləsi aparır.

Bu arada ABŞ və İran arasında birbaşa danışıqların başladığı gün ABŞ Mərkəzi Silahlı Qüvvələr Komandanlığı Hörmüz boğazındakı mina təmizləmə missiyasına başladığını bəyan edib.

ABŞ ordusunun bəyanatında deyilir: "CENTCOM qüvvələri 11 apreldə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisi tərəfindən keçirilən əməliyyatla Hörmüz boğazında mina təmizləmə əməliyyatlarına hazırlıqlara başlayıb".

Bəyanatda qeyd olunur ki, bu səylərin bir hissəsi olaraq, iki tanker - USS Frank E. Peterson və USS Michael Murphy - Hörmüz boğazından keçərək boğazın minalardan tamamilə təmizlənməsinə yönəlmiş genişmiqyaslı missiyanın bir hissəsi olaraq Ərəbistan körfəzində əməliyyatlar həyata keçirib.

AzNews.az