- Rusiya və İran
- 13:31
- 861
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
Hörmüz boğazında İran ordusunun nəzarət və idarə etdiyi yeni zona müəyyənləşdirilib.
AzNews.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
SEPAH-dan bildirilib ki, bu zona cənubdan İranda yerləşən Kuh-e Mobarak ilə BƏƏ-nin Fuceyra şəhərinin cənubu arasındakı xətdən, qərbdən isə İranda yerləşən Qeşm adasının son nöqtəsi ilə BƏƏ-nin Umm əl-Küveyn ərazisi arasındakı xətdən ibarətdir.
Eyni zamanda, qeyd olunub ki, qanunu pozan gəmilər saxlanılacaq.
“SEPAH-ın Dəniz Qüvvələri tərəfindən müəyyən edilmiş tranzit protokollarına uyğun hərəkət edən və koordinasiya ilə hərəkət edən mülki və ticarət gəmilərinin təhlükəsizliyi təmin olunacaq”, - məlumatda deyilir.