“Azarım düşüb murdar canınıza?” - Brilliantın bacısı

Xalq artisti Brilliant Dadaşovanın bacısı Sədaqət Dadaşova Türkiyədə yayımlanan “Zuhal Topalla İzdivac” verilişinə qatılmasına görə onu qınayanlara cavab verib.


AzNews.az xəbər verir ki, o, bu barədə özünün facebook səhifəsində yazıb:

"Elə bil, bunların dərdləri-sərləri yoxdur. Ay yazıqlar, bilmirsiniz kimdən, nədən danışasınız. Sədaqətin azarı düşüb murdar canınıza? Ölün də... Əgər başqa bir marağınız yoxdursa, bu həyatda niyə yaşayırsınız?".

S.Dadaşova bu məsələ ilə bağlı bəzi sənət adamlarının ünvanına ittihamlar səsləndirib:
"Çox təəssüf edirəm bəzi jurnalistlərimiz tamaşaçı qarşısında bir-birinə nəlayiq, əxlaqsız sözlər söyləyən, mütamadi olaraq sərxoş halda TV–lərə çıxan, kişi adıyla yaşayıb, kişilərlə cinsi əlaqədə görüntüləri yayılan, ona buna şər-böhtan deyən və.s. müğənnilərə "Diva", "Kraliça", "Bəy", "Müəllim" deyib hörmətlə müraciət edirlər. Mən pula satılan deyil, savadlı, ədalətli, jurnalistlərə inanıram və onların obyektiv fikirlərinə hörmətlə yanaşıram" .

Sədaqət Dadaşova aparıcı Zaur Baxşəliyevə təşəkkürünü də bildirib.

Qeyd edək ki, Xalq artisti Rəfael Dadaşov keçmiş həyat yoldaşı S.Dadaşovanın proqrama qatılmasında baldızı B.Dadaşovanı ittiham edib. Brilliant Dadaşova isə onun adını hallandırdığı üçün R.Dadaşovu sərt tənqid edib.

Bahar RÜSTƏMLİ
AzNews.az