İlhamənin düşmənlərindən - Ölümünə reaksiya

Xəbər verdiyimiz kimi, xalq artisti İlhamə Quliyeva bu gün vəfat edib.


Primadonna ilə küsülü olan sənətçilər onun yasında iştirak edəcəklərmi?

Əməkdar artist Elza Seyidcahan xalq artistinin yasında iştirak edəcəyini deyib:
"Nə deyə bilərəm, Allah rəhmət eləsin. Yasına da gedəcəm, niyə getmirəm ki? Bu, incəsənət xadimi kimi mənim borcumdur. Xalq artistimiz rəhmətə gedib, mən də hamı kimi onu son mənzilə yola salmağa gedəcəm. Allah günahlarını bağışlasın. Hər birimiz Allahın quluyuq, bir gün gəlib, bir gün gedəcəyik".

Flora Kərimovanın köməkçisi xalq artistinin evdə olmadığını və İlhamə Quliyeva ilə bağlı heç bir müsahibə verməyəcəyini deyib:
"Mənə dedi ki, heç bir jurnalist bu mövzuda müraciət etməsin. Yasa gedib-getməyəcəyi ilə bağlı heç nə bilmirəm".

Xalq artisti Nazpəri Dostəliyeva yasda iştirak etməyəcəyini bildirib: "Heç kim elə düşünməsin ki, mən bu hala sevinirəm. Nə qədər düşmən olsaq da, ölüm ölümdür. Mən təəssüflənirəm ki, o belə bir həyat yaşadı. Bu gün bilsin ki, onun ölümünə sevinənlər var. Heç kimə belə bir ölüm arzulamazdım".

Qafqazinfo.az