Türkiyə millisinin oyununda Hadisə kimə dil çıxardıb?

Türkiyənin "Eurovision-2009" təmsilçisi Hadisə daha bir maraqlı hərəkəti ilə diqqət çəkib. Müğənninin Türkiyə milli komandasının danimarkalılarla matç əvvəli dilini çıxartması böyük səs-küyə səbəb olub.

"Axşam" qəzeti bu hadisəni manjetə çıxardaraq, xəbərə "Dillərə dastan" başlığı verib. Hadisənin söylədiyi bir mahnı əsnasında dilini ehtiyat oyunçular skamyasında əyləşən Səlcuq İnana çıxartdığı və bu cütlüyün öz aralarında bu şəkildə anlaşdığı iddia edilib.

Ancaq qəzetdə verilən xəbərin əksinə olaraq, Hadisənin mahnı oxuduğu anda futbolçuların soyunub-geyinmə otağından yenicə çıxdığı və tuneldə gözləməyə başladıqları ortaya çıxıb. Məlum olub ki, Hadisə dilini tribunadakı azarkeşlərə çıxardıb.

Kamran Hacı
AzNews.az
image description