Müğənni Samirə Türkiyədə Azərinin qonağı olacaq

Əməkdar artist Azərinin Türkiyədəki fəaliyyəti son vaxtlar xüsusilə diqqət çəkir. AzNews.az-ın məlumatına görə, azərbaycanlı sənətçi qardaş ölkənin telekanallarından birində müəllifi olduğu verilişi ilə təkcə Azərbaycan mədəniyyətini deyil, eyni zamanda türkdilli dövlətlərin ortaq mədəniyyətini, incəsənətini təbliğ etməyə çalışır ki, bu da Azərbaycan sənətçisini hər zaman türkçülüyə önəm verməsindən xəbər verir.

Sənətçi TRT Avaz telekanalında aparıcısı olduğu "Azərinlə bir Avaz" verilişində bir çox azərbaycanlı sənətçilərin, xüsusilə, gənclərin tanıdılmasında xüsusi səy göstərir.

Onu da bildirək ki, Azərinin aparıcılıq etdiyi "Azərinlə bir Avaz" verilişinin vaxtı dəyişdirilib. Bu gündən etibirən veriliş hər həftənin bazar ertəsi Azərbaycan vaxtı ilə saat 22:00-da canlı şəkildə yayımlanacaq. Azərin bizimlə söhbətində yeni qonaqlarının da adını açıqladı. Bu dəfə verilişdə Azərbaycanı müğənni Samirə təmsil edəcək. Bundan əlavə, verilişdə Qazaxıstanın tanınmış müğənnisi də qonaq olacaq.

Fuad Mədətov
AzNews.az