Müğənnilər: “Narkotikə yox deyək!”

Dağıstanın tanınmış müğənnisi Marina Əliyeva və Xuraman Şuşalı Bakıda konsert proqramıyla çıxış edəcək. Bu barədə AzNews.az-a konsertin təşkilatçısı Samir Xattab məlumat verib.

O, bildirib ki, konsert "Narkotikə yox deyək!" adı altında keçiriləcək: "Marina özü dekabrın 12-də Bakıya gələcək. Onun burada klipinin çəkilişini təşkil etmişəm. Klipin rejissoru Vüqar Vaqifoğludur. Klip, məndən Marinaya hədiyyə olacaq.

Konsertdə isə tamaşaçılar Xuramandan və Marinadan əla performans görəcəklər. Bu konsertdə həmçinin digər ulduzlarımız da iştirak edəcək. Hamı birlikdə "Narkotikə yox!" deyəcək. Digər tədbirlərimdən fərqli olaraq bu konsert saat 17:00-da başlayacaq. Çünki hər zaman mənə gileylənirdilər ki, mənim təşkilatçılıq etdiyim tədbirlər gec başlayır və bir çoxu həmin təyin olunmuş vaxtda gələ bilmir. Ona görə də konsertin vaxtını dəyişdirməyi qərara aldım".

Konsertin aparıcısı tanınmış teleaparıcı Ramin İbrahimovdur.

Qeyd edək ki, S.Xattab bundan əvvəl Bakıda Rusiyanın və Türkiyənin tanınmış simalarının konsertini təşkil edib.

Fuad Mədətov
AzNews.az