“Çingiz Qənizadə kimdir ki, bizim toylardan artıq BMT danışır.” “Çingiz Qənizadə kimdir ki, bizim toylardan artıq BMT danışır.”

Müğənnilərdən deputata cavab: “Çingiz Qənizadə kimdir ki,…”

“Çingiz Qənizadə kimdir ki, bizim toylardan artıq BMT danışır.”


Bunu AzNews.az-a açıqlamasında müğənni Nüşabə Ələsgərli Millət vəkili Çingiz Qənizadənin Milli Məclisdə büdcə müzakirələri zamanı bir sıra müğənnilərin toylara dollarla getməsi ilə bağlı fikirinə münasibətində deyib:



"Hamıda dollar aşıb-daşır. Heç dollar var ki? O, deputatdan soruşun ki, dolları harada tapmaq olar? Müğənni dollar istəməklə deyil. Toy sahibi onu hardan alacaq? Banklarda və valyuta dəyişmə məntəqələrində dollar tapılmır. Müğənni dolları havadan alacaq? Biz toya barmaqarası baxırdıq. Çingiz Qənizadə kimdir ki, artıq bizim toylardan BMT danışır. Sözüm yoxdur daha. Getsin şadlıq evlərinə baxsın, hamısı boşdur. Camaatın imkanı yoxdur toy etməyə."

"N-Brothers" qrupunun rəhbəri Namiq Qafarov isə qeyd edib ki, Azərbaycanda barmaqla sayılası sənətçi var ki, onlar toya dollar müqabilində gedir:



"Mən şəxsən manatla gedirəm. Ətrafımdakılar da manatla danışır. Qarşıma hələ dollar çıxmayıb. Əgər kimsə dollardan qiymət danışırsa, toy sahibi etiraz etsin. Desin ki, verə bilmərəm. Dollar qalxıb, düşüb, bunda sənətçiyə nə var?! Niyə, biz öz pulumuzla işləmirik? Adam tanıyıram ki, evdə axırıncı 200 manatını da dollara çevirib. Tutaq ki, dollarla danışır, nə fərqi var, sən onu alıb manata çevirəcəksən də. Ev sahibi gecə vaxtı dolları hardan alsın?"

Millət vəkili Çingiz Qənizadə Milli Məclisdə büdcə müzakirələri zamanı "qara bazar" problemində danışarkən sənətçilərin məclislərə dollarla getməsinə etiraz edib:

"İş o yerə çatıb ki, hətta müğənnilərdən biri deyib ki, "biz toya dollarla gedirik". Milli valyutamız manatdırsa, niyə dollarla gedirlər? İstənilən halda biz manatın dəyərinin özünə qayıtmasına çalışmalıyıq."

Bahar RÜSTƏMLİ
AzNews.az