SSRİ xalq artisti İosif Kobzon bildirib ki, Rusiyanın Müdafiə nazirliyinə məxsus Tu-154 təyyarəsinin qəzaya düşməsi xəbərindən şoka düşüb. SSRİ xalq artisti İosif Kobzon bildirib ki, Rusiyanın Müdafiə nazirliyinə məxsus Tu-154 təyyarəsinin qəzaya düşməsi xəbərindən şoka düşüb.

Kobzondan şok açıqlama - “Mən də həmin təyyarədə uçmalı idim” - Foto

SSRİ xalq artisti İosif Kobzon bildirib ki, Rusiyanın Müdafiə nazirliyinə məxsus Tu-154 təyyarəsinin qəzaya düşməsi xəbərindən şoka düşüb.


AzNews.az rus mətbuatına xəbər verir ki, Kobzonun sözlərinə görə, sən demə o da həmin təyyarədə uçmalı imiş:

"Aleksandrov adına dövlət ansamblının rəhbəri Xəlilov məndən onlarla birlikdə Suriyaya uçmağı xahiş etmişdi. Mən isə ona dedim ki,gələ bilməyəcəm, çünki mənim tibbi vizam var və mən müalicə uçun uçmalıyam. Bundan əvvəl mən Xəlilovla birlikdə Suriyada olmuşam."

Qeyd edək ki, Qara dənizə düşən "Tu-154" təyyarəsinin göyərtəsində 93 nəfər sərnişin olub. Onlardan yeddisinin meyiti tapılıb. Təyyarə havaya qalxandan bir neçə dəqiqə sonra radarlardan itib. Onlar arasında hərbi qulluqçularla yanaşı, Rusiyanın Xmeymim hərbi bazasına Yeni il konserti üçün uçan Aleksandrov dövlət ansamblının musiqiçiləri və Rusiyanın Birinci,Zvezda və NTV kanalının jurnalistləri də var.