Rafael dostunun qulağını dişlədi- FOTO

AzNews.az xəbər verir ki, "Bu şəhərdə" layihəsinin ssenari müəllifi və prodüseri Müşfiq Abbasov, elə "Bu şəhərdə"nin aktyoru Rafael İsgəndərovun başına iş açıb.

Belə ki, M.Abbasov "Facebook" sosial şəbəkəsindəki səhifəsində R.İsgəndərovun çox maraqlı şəklini paylaşıb. Şəkildə aktyor tanımadığımız bir şəxsin qulağını dişləyir ki, bu da sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib. Şəkil ilə bağlı aktyoru məşhur boksçu Mayk Taysona bənzədiblər.

Təxminən 15 il əvvəl M.Tayson rinqdə rəqibinin qulağının dişləməsiylə dünya mətbuatının diqqətində olub.

M.Abbasov AzNews.az-a açıqlamasında bildirib ki, R.İsgəndərovun qulağını dişlədiyi şəxs İlqar adlı dostudur.

Fuad Mədətov
AzNews.az