- Köhnə - Şou-biznes
- 3 Yanvar 2017 19:43
- 8 569
İrina Şeykin toyunun vaxtı bəlli oldu - Foto

Məşhur model ana olmağa hazırlaşır.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, İrina Şeyk və aktyor Bredli Kuper bir neçə aydan sonra valideyn olacaqlar. Cütlük artıq evlənəcəkləri tarixi də açıqlayıblar. Toy 2017-ci ilin sonuna planlaşdırılıb.
Evliliklə bağlı xəbərlər Los-Anceles küçələrində dolaşan modelin paparazzilər tərəfindən yaxalanmasından sonra yayılıb. İrinanın barmağında iri qaşlı üzük obyektivlərə tuş gəlib. Jurnalistlər İrinanın bahalı üzüyünü şahzadə Diananın nişan üzüyü ilə müqayisə də ediblər.