Cey Lo həmkarı Meray Kerinin uğursuzluğuna sevinib. Cey Lo həmkarı Meray Kerinin uğursuzluğuna sevinib.

Cennifer Lopez ulduz müğənnini ələ saldı - Foto - Video

Cey Lo həmkarı Meray Kerinin uğursuzluğuna sevinib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, iki dünya ulduzu arasında nifaq artıq neçə illərdir ki, davam edir. Bunun başlamasına səbəb Meray Keridir. Bir dəfə o, jurnalistlərə Cennifer Lopezi tanımadığını demişdi. Bu isə Cey Lo-nu bərk qəzəbləndirib. Daha sonra Meray vəziyyəti düzəldərək, əslində Lopezi tanıdığını, sadəcə şəxsən tanış olmadığını bildirib. Amma bu bəhanəyə Cennifer inanmamışdı, çünki, iddia edir ki, Merayla dəfələrlə yaxından söhbət etmək imkanı olub.

Nyu-Yorkun mərkəzində Times Square meydanında keçirilən ənənəvi Yeni il şousunda Merayın bərbad çıxışı isə söz-söhbətləri yenidən alovlandırıb. Canlı yayımda ifaçı fonoqrama düzgün düşə bilməyib, buna görə mikrafonu aşağı salaraq ifasını dayandırıb və sadəcə tamaşaçıların qarşısında gəzişib. Çıxışı barədə Twitter hesabında yazan Meray çıxışının həqiqətən bərbar olduğunu etiraf edib.

Həmkarının uğursuzluğundan xəbər tutan Lopezsə ondan acıq çıxıb. Cey Lo sosial şəbəkədə paylaşıma şərh yazaraq, “Belə bir hal heç başınıza gəlibmi? Kimdənsə gözünü çəkə bilmirsən. Bax,bu gün həmin hadisə baş vermişdi.” yazıb.

#JLO on Instagram liking #mariahcarey shade comments.

A photo posted by The Archive of Shade (@theartofshade_) on Jan 1, 2017 at 10:02am PST