Tolikdən bərdəli toy sahibinə çağırış: “Məni bu işə qatmayın”

“Mən Vaqif Süleymanov adında toy sahibi tanımıram.”

Bunu AzNews.az-a açıqlamasında tanınmış prodüser Tolik (Tarix Əliyev) Bərdə rayonunda toy sahibi ilə müğənni Nadir Qafarzadə arasında baş verən qalmaqala münasibətində deyib. Tolik toy sahibindən onun adının hallandırmamasını tələb edib:

“Ay toy sahibi, mən səni sifətdən tanıyıram? Harada görüşmüşük? Mən bu toy söhbətinin içində olmamışam. Məni bu işə qatmayın. Nadir gedib toya pul qazanıb, ondan mənə nə. Bu kişinin də iş-gücü qurtarıb. Reklam axtarır özünə, toy oldu bitdi, daha nə istəyirsən? Sənə nə lazımdır.”

Tolik iştirak etmədiyi toy məclisi haqqında fikir bildirməyə çətinlik çəkdiyini bldirib:

"Mənim bir dostum var. O, məndən bu toyla bağlı xahiş etdi. Dedi ki, “mənim bir dostum var, Bərdədə oğluna toy edir. Sənin müğənnilərlə münasibətin var. Nadir toya danışmışıq, razılaşmır. Bəlkə, sən Nadirlə danışıb qiyməti aşağı salasan”. Mən də Nadirə dedim ki, mənim xətrimə qiymətdə aşağı düş. O, da sağ olsun, məni qırmayıb, razılaşdı. Mən o toyda olmamışam. Olmadığım toyda olanlarla bağlı necə yalan danışım? Mənim Bərdədə nə işim var, qohumum yox, tanışım yox. O toyda nələr baş verdiyin də bilmirəm”.

Tolik qeyd edb ki, Vaqif Süleymanovun toy məclisi 12 min manata danışılıb: “Sonradan Bərdədə onların razılaşması pozulub. Vaxt artımı olub, Nadirin orada qiyməti artırmasından xəbərsizəm.”

Bir neçə gün öncə Bərdə rayonunda keçirilən toy mərasimi ətrafında baş verən qalmaqal böyüyür. Toy sahibi Vaqif Süleymanov "Qafqazinfo"-ya müsahibəsində müğənni Nadir Qafarzadəyə toyu idarə etdiyi üçün 14 min manat ödədiyini deyib:

“Biz toydan bir ay əvvəl danışdıq, toyda iştirak üçün 12 min manat istədi. Bu söhbətdə prodüser Tolik də olub. Toy hazırlıqlarına başladım, gördüm ki, toy iki hissəli olmalıdır. Yəni, 19:00-a qədər toyu danışmağım düz olmayıb. Bəşirə zəng vurdum, dedim ki, toyu 22:00-a kimi uzanacaq. Düzdü, tərəddüd etdilər, amma məsələyə Tolik qarışdı. Daha sonra mənə zəng vurdular ki, 2 min manat da artırın. Mən də razılaşdım.”

Bahar RÜSTƏMLİ
AzNews.az