ABŞ-ın 45 prezidentinin andiçmə mərasimi sabah baş tutacaq. ABŞ-ın 45 prezidentinin andiçmə mərasimi sabah baş tutacaq.

Trampın inaqurasiyasında bu ulduzlar çıxış edəcək - Adlar

ABŞ-ın 45 prezidentinin andiçmə mərasimi sabah baş tutacaq.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın komandası onun inaqurasiyasında çıxış edənlərin siyahısını elan edib. Mərasimdə Amerikanın rok qrupu 3 Doors Down, kantri ifaçı Tobi Kit, Li Qrinvud, Tim Raşlou, R&B və soul müğənni Krisett Mişel, kantri-qrup Big&Rich, pop-müğənni Toni Orlando, The Frontmen of Country və The Piano Guys qrupları çıxış edəcək.

America's Got Talent müsabiqəsində xeyli məşhurluq qazanan, soprano səsə malik gənc ifaçı Cek İvanko da mərasimə dəvət olunub.

Trampa dəstək nümayiş etdirən Kanye Uestsə mərasimə dəvət olunmayıb. Ötən ay Tramp Kanyeni Nyu-Yorkdakı malikanəsinə dəvət etmişdi.

Bundan başqa Trampın inaqurasiya mərasimində Elton Con, Andrea Boçelli, Selin Dion kimi dünyaca məşhur ifaçılar çıxış etməkdən imtina edib.

Göründüyü kimi siyahıda elə də məşhur adlar yoxdu. Halbuki, 2013-cü ildə Barak Obamanın inaqurasiyasına Beyonse və Kelli Klarkson, 2009-cu ildə isə Beyonse, Con Bon Covi, Şakira, U2, Stivi Uander kimi ulduzlar, həmçinin Tom Henks, Samuel L. Cekson kimi məşhur aktyorlar qatılmışdı.