Müğənnimiz xəyanətlə üzləşib – FOTOSESSİYA

“Sevgilim məni başqasına dəyişir”



Müğənni Yaşar Cəlilov "Film kimi" mahnısına klip çəkdirib. Bu barədə AzNews.az-a müğənninin özü məlumat verib. O, bildirib ki, sayca 9-cu klipinin rejissoru Ceyhun Kərimova həvalə edib.
"Klipin operatoru Anar Məmmədov, stilist-montajçısı isə Azər Aslandır.
Paytaxtın dəbdəbəli otellərinin birində ekranlaşdırılan klipdə qlamur görüntülərdən istifadə olunub. Klipdə tərəf müqabilim Leyla Şirinova adlı xanımdır.

Klipin süjet xəttinə əsasən sevgilim məni başqasına dəyişir. Ekran işi yaxın günlərdə tamaşaçılara təqdim olunacaq", - müğənni bildirib.
Qeyd edək ki, mahnının musiqisi Tərlan Məmmədhüseynov və Elçin Cəfərova, sözləri isə Azər Şirinə məxsusdur.

Y.Cəlilov onu da qeyd edib ki, yaxın vaxtlarda böyük tamaşaçı kütləsi qarşısında konsert verməyə hazırlaşır. O, bu il həmçinin 3-cü albomunu da buraxacaq.


Fuad Mədətov
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description