Pop-kral Maykl Ceksonun 20 yaşlı oğlu Prins “Good Morning Amerika” səhər şousunda qonaq olub. Pop-kral Maykl Ceksonun 20 yaşlı oğlu Prins “Good Morning Amerika” səhər şousunda qonaq olub.

Maykl Ceksonun oğlu atası barədə etiraf etdi - Foto

Pop-kral Maykl Ceksonun 20 yaşlı oğlu Prins “Good Morning Amerika” səhər şousunda qonaq olub.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Prins söhbət zamanı atası haqda bir çox maraqlı məqamlara toxunub.

“Atam bacımla mənə tez-tez deyərdi ki, onun üçün fərqi yoxdur biz hansı işlə məşğul olmaq istəyirik. Əsas odur ki, özümüzü xoşbəxt hiss edək və işimizi hamıdan yaxşı görək. Məktəb gözətçisi belə olsaq, hamıdan yaxşı olmalıyıq. Mənim atam pop-kral idi, məni də Prins adlandırıb. Bu mənim üçün ən böyük motivasiyadır. ” - Prins atası barədə danışarkən belə deyib.

Hazırda Prins Los-Ancelesdə Loyola Merimaunt universitetində təhsil alır. Həmçinin, tələbələr üçün nəzərdə tutulmuş Heal Los Angeles xeyriyyə fonduna rəhbərlik edir. Bununla yanaşı o, King's Son Productions-da çalışır, şou-biznesdə ilk addımlarını atır. Prodüserliklə məşğul olur.