- Köhnə - Şou-biznes
- 6 Mart 2017 23:28
- 8 162
Əfsanəvi aktrisa şikayət etdi - Trampa görə kökəlirəm
Dünyaca məşhur aktrisa və müğənni Barbara Streyzand Donald Trampa görə kökəldiyini bildirib.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa bu barədə öz tvitter hesabında yazıb.
“Donald Tramp məni kökəlməyə məcbur edir. Mən səhərimi sulu qida ilə açıram. Amma səhər xəbərlərindən sonra, ağcaqayın şirəli fəsəli yeyirəm” - aktrisa belə yazıb.
Obamanın Trampın telefon zənglərini dinləməsi xəbərinə münasibət bildirən Barbara Streyzand “Çox ağılsız zəmanədi. Daha çox fəsəli yeməyin vaxtıdı” deyib.
Donald Trump is making me gain weight. I start the day with liquids, but after the morning news, I eat pancakes smothered in maple syrup!
— Barbra Streisand (@BarbraStreisand) March 5, 2017