“Bu, keçmiş həyat yoldaşımın mənə atdığı şərdir” “Bu, keçmiş həyat yoldaşımın mənə atdığı şərdir”

Mehriban Xanlarova 70.000 manat borca aydınlıq gətirdi – VİDEO

“Bu, keçmiş həyat yoldaşımın mənə atdığı şərdir”





AzNews.az-ın məlumatına görə, bu günlərdə ATV telekanalının "Ümid var" verilişində əməkdar artist Mehriban Xanlarovaya qarşı səslənən ittihamlara aydınlıq gətirməyə çalışılıb.

Özünü gözəllik salonunun rəhbəri Günay kimi təqdim edən şəxs verilişin aparıcısı Zaur Baxşəliyevin mobil telefonuna göndərdiyi mesajlarda bütün bu ittihamları qısa və açıq şəkildə yazıb.

Məlum olub ki, Mehriban Xanlarovanın həmin gözəllik salonunun rəhbəri Günaya 70.000 manat borcu olduğu iddia edilib.

Məsələylə bağlı M.Xanlarova ilə əlaqə saxladıq. O, sükan arxasında olduğu üçün AzNews.az-a açıqlamasında qısa olaraq bunları dedi: "Bu, keçmiş həyat yoldaşımın mənə atdığı şərdir".



Fuad Mədətov
AzNews.az