- Köhnə - Şou-biznes
- 8 Mart 2017 21:11
- 8 940
Anjelina Colidən boşandıqdan sonra Bred Pitt özünə yeni məşğuliyyət tapıb
Bred Pitt artıq 10 gündür ki, Los-Ancelesdə bütün vaxtını məşhur heykəltaraş Tomas Hausiqonun emalatxanasında keçirir.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Anjelina Colidən ayrıldıqdan sonra Bred Pitt özünə gəlməyə başlayıb. Yeməyinə fikir verir, keçmiş həyat yoldaşı Cennifer Enistonla dostluq əlaqələrini bərpa edib.
Bu yaxınlarda isə özünə yeni hobbi tapıb. Aktyor heykəltaraşlıqla maraqlanır. Hətta, bu məşğuliyyətinə görə, Oskar mərasimində iştirak etməkdən də imtina edib. Halbuki, onun prodüserlik etdiyi “Moonlight” (Aylı gecə) filmi “İlin ən yaxşı ekran əsəri” adına layiq görüldü.