- Köhnə - Şou-biznes
- 31 Mart 2017 16:49
- 9 732
97 ssenarist üsyan etdi: "Serialların vaxtı çox uzundur"- Türk seriallarına zərbə
Ssenari yazarları dərnəyi (SENDER) verdiyi açıqlama ilə serialların müddətinə etiraz edib.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 97 serialın ssenari müəllifi yekdilliklə sənəd imzalayaraq bu etirazlarını ictimaiyyətin diqqətinə çatdırıblar:
Ssenari müəllifləri olaraq 60 dəqiqədən uzun davam edən seriallar yazmamaq üçün bir araya gəlmişik. Güc birliyi yaratdığımızı və göz yumulmayacaq, görməzdən gəlinməyəcək bir çoxluq qazanmaq üçün çalışdığımızı sektora və ictimaiyyətə elan edirik.
Əvvəllər 90 dəqiqəlik ssenari yazmağa “Yerli Dizi. Yersiz Uzun” şüarı ilə etiraz etdiklərini lakin artıq bu müddətin 120-150 dəqiqəyə qədər artırıldığını qeyd edən ssenaristlər bu səbəbdən çox ağır şərtlər altında çalışdıqlarını vurğulayıblar. Ağır iş rejiminə görə həyatlarında başqa heç nəyə vaxt ayıra bilmədiklərini deyən ssenaristlər bu rejimlə bacarmayan və bacarmaq istəməyərək peşəsindən uzaqlaşan həmkarlarına görə çox kədərləndiklərini də deyiblər.
Etiraz edən, yorulan ssenaristlərin prodüserlər tərəfindən qısa zamanda əvəz edildiyini deyən etirazçılar hər kəsin birləşərək bu rejimdən imtina edəcəyi təqdirdə müvəffəqiyyət əldə edəcəklərinə ümid bəsləyirlər.
Aydan AXUNDOVA