- Köhnə - Şou-biznes
- 6 Aprel 2017 15:34
- 32 555
Özcan Dəniz yenə erməni mahnısı oxudu - Video
Türkiyənin tanınmış aktyoru və müğənnisi Özcan Dənizin erməni dilində yeni videosu yayılıb.
AzNews.az xəbər verir ki, 2009-cu ildə Türkiyədə bir proqramda Azərbaycanın məşhur bəstəkarı Emin Sabitoğlunun “Dağlar” mahnısını ermənicə oxuyan və bunu erməni xalq mahnısı kimi təqdim edən Özcan Dəniz Azərbaycan xalqından üzr istəmişdi. Lakin, müğənni yenidən qrim olunarkən erməni mahnısını zümzümə edib. Bu da bizim sənətçilər tərəfindən də tənqid atəşinə tutulub. Həmin ifanı təqdim edirik: