- Köhnə - Şou-biznes
- 8 Aprel 2017 11:37
- 14 390
Brilliant Dadaşova ona "paxıl" deyən Eltonu bağışladı- “Urəkdən bağışlayıram”-Foto
Xalq artisti Brilliant Dadaşova onu paxıl adlandıran müğənni Elton Hüseynəliyevi bağışlayıb.
AzNews.az xəbər verir ki, sənətçi bu addımı səhnə həyatında ilk dəfə atdığını qeyd edib:
Həyatımda ilk dəfədir ki, heç gözləmədiyim halda mənə xoşagəlməz sözlər atan insanları ürəkdən bağışlayıram. Bunu qəlbən hiss edirəm.
Hələ 2016-ci ildə “ATV Maqazin 10-larla” verilişinin “Həftənin hit mahnısı” rubrikasının qonağı olan Elton Hüseynəliyev Xalq artisti Brilliant Dadaşovanı təhqir etmişdi. “Brilliant xanım paxıl insandır. Bir insan paxıldırsa, mən onun sənətini qəbul etmirəm. Yaxşıya yaxşı deyə bilmirsinizsə, sənətkar ola bilməzsiniz”-deyə Elton Hüseynəliyev vurğulamışdı.

Bahar RÜSTƏMLİ
AzNews.az