Nazənin hamını təəccübləndirmək üçün külli miqdarda pul xərcləyir Nazənin hamını təəccübləndirmək üçün külli miqdarda pul xərcləyir

Hansı müğənnimiz Madonna olmaq istəyir?–EKSKLÜZİV

Nazənin hamını təəccübləndirmək üçün külli miqdarda pul xərcləyir

Müğənni Nazənin tamaşaçıları təəccübləndirməyə çalışır. O, üç yaradıcı işini təqdim etməyə hazırlaşır. Müğənni bunun üçün külli miqdarda pul da xərcləyib.

Bu barədə AzNews.az-a Nazəninin prodüseri Pərviz Fəqan məlumat verib: "Nazənin xanım dünya ulduzlarının repertuarına müraciət edəcək. O, ya Madonna, ya da digər bir məşhur ulduzların mahnılarını ingilis dilində ifa edəcək.

Müğənni klassik bəstəkarlarımızın mahnılarından ibarət olan televiziya üçün solo konsert proqramıyla da çıxış edəcək. Konsertdə müğənnini dövlət simfonik orkestri müşayiət edəcək.

Bütün bunlarla yanaşı, müğənni caz janrında mahnı oxuyacaq. Bu, həm tamaşaçıların, həm də həmkarlarının əksəriyyətinin təəccübünə səbəb olacaq".


Fuad Mədətov
AzNews.az

image description