Nəsrin Cavadzadə ən səs-küylü serialda - Fotolar

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə “Fİ” serialında rol alıb.

AzNews.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Nəsrin serialın 5-ci bölümündə tamaşaçıların qarşısına çıxıb.

O, Alara obrazını canlandırıb və psixoloji problemləri olan bir xanım rolunu oynayıb.

Xatırladaq ki, serial 3 həftədə 17 milyon insan tərəfindən izlənilib. Ekran işi internet vasitəsiylə (Puhu TV) yayımlanır. Ötən gün isə 4,5,6 bölümü yayımlanıb.