Amal Kluni 1 milyon dollara ana olacaq

Hollivud ulduzu Corc Kluni və onun vəkil həyat yoldaşı Amal Kluni valideyn olmağa hazırlaşır.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, əkiz uşaqların dünyaya gəlişinə cütlük xüsusilə hazırlaşır. Onlar bu hadisə üçün bədxərclik etmək qərarına gəliblər.

Londondakı Çelsi hospitalının doğum şöbəsini bütövlükdə icarəyə götürəcəklər, həmçinin həkim personalının 24 saat xidmət göstərməsi üçün pul ödəyəcəklər. Onlar gecə-gündüz Amal və körpələrlə məşğul olacaqlar. Təkcə xəstəxananın icarəsi 588 min dollara başa gəlib.