Kinolar üçün ssenari yaradılan zaman müəlliflər aktyorların hər bir replikasını, hər mimikasını ətraflı yazmağa üstünlük verirlər. Ancaq aktyorların istedadı, yumor hissi çox qabarıq olduqda isə bəzən bu ssenarilər daha geri qalır. Kinolar üçün ssenari yaradılan zaman müəlliflər aktyorların hər bir replikasını, hər mimikasını ətraflı yazmağa üstünlük verirlər. Ancaq aktyorların istedadı, yumor hissi çox qabarıq olduqda isə bəzən bu ssenarilər daha geri qalır.

Kino tarixinə düşən 5 möhtəşəm improvizasiya- FOTO

Kinolar üçün ssenari yaradılan zaman müəlliflər aktyorların hər bir replikasını, hər mimikasını ətraflı yazmağa üstünlük verirlər. Ancaq aktyorların istedadı, yumor hissi çox qabarıq olduqda isə bəzən bu ssenarilər daha geri qalır.

AzNews.az dünyanın ən məşhur filmlərindəki improvizasiyaları təqdim edir.

"Gözəlçə"

Riçard Girin Culia Robertsə boyunbağı verdiyi səhnə yadınızdadır? Aktrisa əlini mirvariyə uzadanda Riçard tez qutunu örtür. Bu jest və Culianın reaksiyası ssenaridə yox idi.

"Roma tətilləri"

Filmdə belə səhnə var: Qreqori Pekanın canladırdığı obraz “Həqiqətin ağzı”nın onun əlini dişlədiyini deyir. Bu aktyorun improvizyası idi. Ona görə də Odri Hepbernin reaksiyası çox təbii alınıb.

"Torandan sübhədək"

Əvvəllər Corc Kluni təkcə həyatda yox, elə çəkildiyi filmlərdə də öz subaylıq həyatı barədə zaraftlar etməyi sevirdi. “Torandan sübhədək” filmində Salma Hayekin qəhrəmanı aktyoru kürəyi üstə uzandıraraq ayağını onun sinəsinə qoyur və “səni öz qulum edəcəm”-deyir. Klunin ona verdiyi “çox sağ ol, mən artıq evli olmuşam” cavabı tamamilə improvizə idi.

"Xaç atası"

Filmin ən möhtəşəm səhnələrindən birində, Vito Karleone pişik sığallayır. Məlum olub ki, ssenaridə bu yox imiş: çəkiliş meydançasına gözlənilmədən daxil olan pişi görən Marlon Brando özünü itirmir və onu qucağına götürür.

“Parıltı”

“Bu da Conni!”- Cek Nikolsonun qəhrəmanı balta ilə qapını sındırdıqdan sonra dediyi məhşur səhnə. Sən demə, aktyor bu ifadəni həmin vaxtların məşhur teleşousu Conni Karsonun verilişindən götürübmüş. Aparıcı hər verilişi bu ifadəylə açırdı.