Məşhur aktrisanın həyat yoldaşı - “11 illik evlilik həyatımız olsa da...”

Avstraliyalı Oskar Mükafatlı kino aktrisası Nikol Kidmanla müğənni Kit Urbanın evliliyinin 11 ili tamam olur.

AzNews.az xəbər verir ki, 20 iyun tarixində 50 yaşını qeyd edən aktrisanın həyat yoldaşı Kit Urban evliliklərinin 11 illiyi münasibətlə öz instaqram hesabında çoxlu sayda selfilər çəkdirərək fotolara qısa şərh verib:

"Təbriklər, balaca. 11 illik evlilik həyatımız olsa da, sən hələ də mənim sevimli qızımsan"